Ana səhifə
17 Dekabr 2018

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atmaq istəyib- AÇIQLAMA

Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Ucnoqta.az xəbər verir ki, məktəbdən Trend-ə verilən məlumata görə, şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır:
"Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər".

Tarix
11 Oktyabr 2018 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin