Ana səhifə
20 Oktyabr 2018

Təkrar mənzil və torpaq bazarında qiymətlər dəyişdi

Bakıda avqust ayında təkrar mənzillərin qiyməti bir kvadrat metr üçün 943 dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 1,57 faiz çoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ilin əvvəlindən təkrar mənzil bazarında qiymətlər 3,87 faiz azalıb, 2017-ci ilin avqustu ilə müqayisədə isə 2,17 faiz artıb: “Bazarda təklif olunan mənzillərin orta qiyməti 124,23 min dollara çatıb. Mənzillərin kirayə dəyəri orta hesabla 526 dollar təşkil edib”.
Daşınmaz əmlak bazarının digər seqmentlərindən danışan ekspert qeyd edib ki, torpaq bazarında qiymətlər artıb, kommersiya obyektləri bazarında isə azalıb:

“Avqust ayında torpaq bazarında qiymətlər 0,24 faiz, ilin əvvəlindən 7,41 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,04 faiz artıb. Kommersiya obyektləri bazarında qiymətlər bir ay ərzində 0,72 faiz, ilin əvvəlindən 0,95 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 5,89 faiz azalıb”.

Ekspert əlavə edib ki, payızın yaxınlaşması ilə əlaqədar şəhərkənarı və bağ evlərinin qiyməti cüzi azalıb:

“Avqust ayında orta qiymət 114,96 min dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,49 faiz azalıb, ilin əvvəlindən isə 28,92 faiz artıb”.

Tarix
10 Oktyabr 2018 [20:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin