Ana səhifə
14 Dekabr 2018

BNA-dan ETİRAF:Sükan arxasında psixoloji durumunda problemləri olan şəxslər əyləşir

Bakı Nəqliyyat Agentliyi: Daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi-texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab vermir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərnişindaşıma xidmətinin aşağı səviyyədə olduğunu bildirib və bu sahədəki problemlərin tez bir zamanda aradan qaldırılması göstərişlərini verib.

Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verib. O qeyd edib ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir:

“Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır. Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır. Lakin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin də vurğuladığı kimi özəl sketorun bu sahədəki fəaliyyət özünü doğrultmadı. Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit formalaşdırılıb”.
M.Ağayev deyib ki, bu gün daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi-texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab vermir:

“Daşıyıcılara məxsus avtobusların 50 faizinin yenilənməsi zərurəti yaranıb. Marşrut xətləri üzrə fəaliyyət göstərən sürücülərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sükan arxasında fiziki və psixoloji durumunda problemləri olan, eyni zamanda müvafiq sənədləri olmayan şəxslər əyləşir. Bütün bunlar isə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə məsuliyyətsiz yanaşmasının doğurduğu məntiqi nəticədir. Sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində zəruri olan bütün tədbirləri həyata keçirməkdədir. Bu işlər bundan sonra daha da sürətləndiriləcək.

Cənab prezidentin aprelin 2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçımızın vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər”.

Tarix
10 Oktyabr 2018 [16:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin