Bakıda restoranda yanğın -FOTO

15:28 - 10 Oktyabr 2018 - HADİSƏ

Bakının Yasamal rayonunda yanğın baş verib.

Hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, "Qoç ət" restoranında qeydə alınıb. Restoranın havalandırma sistemində baş verən yanğın qısa müddətdə tavana keçib. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Xəsarət alan yoxdur.trend


Xəbər xətti