Ana səhifə
18 Dekabr 2018

“Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun həbs-qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, vəsatət təmin edilib və X.Məmmədovun həbs müddəti daha üç ay uzadılıb.
Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub.
O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. 

Tarix
10 Oktyabr 2018 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin