Ana səhifə
18 Dekabr 2018

Bolqar jurnalisti öldürəni ömürlük həbs gözləyir

Bolqar jurnalist Viktoriya Marinovanın Almaniya ərazisində saxlanılan qatilinə qarşı iki ittiham irəli sürülüb.

Bu ittihamlarla həmin şəxsə ömürlük həbs cəzası verilə bilər. Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Bolqarıstanın baş prokuroru Sotin Tsatsarov məlumat verib.
“Qətldə şübhəli bilinən Severin Krasimirova qarşı irəli sürülən birinci ittiham zorlamadır ki, bunun cəzası 10 ildən 20 ilədək həbsdir. İkinci ittiham isə xüsusi amansızlıqla qətldir. Buna görə isə 15-20 il müddətinə həbs cəzası verilə bilər”, - Tsatsarov qeyd edib. 

Cinayətin motivləri ilə bağlı sualı cavablandırarkən baş prokuror deyib ki, hazırda yalnız Marinovanın peşəkar fəaliyyəti səbəbindən qətlə yetirildiyini təsdiqləyə bilərik. 

Tarix
10 Oktyabr 2018 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin