Ana səhifə
20 Oktyabr 2018

Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında danışıb

Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb. 

Bu fikirləri MDB icraiyyə komitəsinin baş katibi Sergey Lebedev deyib.  “Mən Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birinə yaxınlaşdığının və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdiyinin şahidi oldum. Hazırda münaqişə zonasında gərginlik azalıb”, - Lebedev Minskdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hər iki ölkədə gərginliyin azaldılması üçün səlahiyyətli qurumlara müvafiq göstərişlər verilib. 

“Biz ümid edirik ki, iki ölkə rəhbəri bu ilk məzmunlu təmasını davam etdirəcək, bu da Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcək”, - Lebedev əlavə edib.oxu.az

Tarix
10 Oktyabr 2018 [14:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin