Azərbaycanda illik inflyasiya azalmaqda davam edir

Bu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,6% artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ərzaq məhsulları 2,5%, qeyri-ərzaq malları 3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,5% bahalaşıb.
Bu ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% artıb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullar və xidmətlər 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7%, bahalaşıb. Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9% artıb. 

Tarix
10 Oktyabr 2018 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin