Göygöldə 76 yaşlı kişi qayadan yıxılaraq ölüb

10:17 - 10 Oktyabr 2018 - HADİSƏ

Göygöl rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Cəmşid Həmid oğlu Qəhrəmanov kənd ərazisindəki qayalıqdan yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti