Ana səhifə
17 Oktyabr 2018

Astara sakini qardaşını bıçaqlayıb

Astara rayon sakini qardaşını bıçaqlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni oğlu Xəlilova qardaşı Akif tərəfindən bıçaq xəsarəti yetirilib.
Yaxınlarının bildirdiyinə görə, hər iki qardaş bir həyətyanı evdə yaşayır. B.Xəlilov avtomobil təmiri ustasıdır. Qardaşı onun həyətdə avtomobilləri təmir etmək üçün istifadə etdiyi yerə odun yığıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Akif Beytullanı bıçaqla vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
9 Oktyabr 2018 [21:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin