Azərbaycanda nağd pul dövriyyəsi xeyli azalacaq

18:38 - 9 Oktyabr 2018 - İQTİSADİYYAT

Yaxın 3 ildə Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi 17 milyard manata çatacaq.

Bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib.
O bildirib ki, hər il bu dövriyyə təqribən 7 faiz artır:

"Ümid edirik ki, beləliklə, nağd pul dövriyyəsinin səviyyəsini indiki 74 faizdən 40 faizədək azalda biləcəyik".

Xəbər xətti