Ukraynada hərbi bazada partlayış baş verib

08:56 - 9 Oktyabr 2018 - DÜNYA

Əhali evakuasiya olunur Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda partlayış baş verib. Ucnoqta.az xəbər verir ki, AZƏRTAC-ın Ukrayna Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, ərazidə fövqəladə vəziyyət elan edilib və əhali evakuasiya olunur. Hərbi anbarda partlayışların genişlənməməsi üçün tədbirlər görülür. Ukrayna Silahlı Qüvvələrinin operativ qrupu hadisə yerinə yollanıb.

Xəbər xətti