Dünyada İLK: Azərbaycanlı 3-cü nəsil sosial şəbəkə yaratdı – Fotolar

16:56 - 8 Oktyabr 2018 - MARAQLI

3-cü nəsil sosial şəbəkəsi sayılan “Garnet” artıq istifadəçilərin ixtiyarına verildi.

Digər sosial şəbəkələrdən fərqli olaraq Garnetdə hər bir istifadəçi öz sosial aktivliyi sayəsində qazanc əldə edə biləcək. Ən maraqlısı odur ki, artıq şəbəkədə sizə “like” edən dostlarınızın sayına görə də ödəniş olunacaq. Digər tərəfdən reklam xarakterli məlumatları paylaşaraq balansınıza qarnetlər yüklənəcək. 400 qarnet – topladıqda 20$ məbləği hesabınızdan çıxara biləcəksiz. 1000 qarnet – 50$; 10000 garnet – 500$ deməkdir. Reklamvericinin məqalələri, tanıdıcı reklamları da artıq insanları qaçırtmayacaq, əksinə sevindirəcək. İstənilən xidməti və ya məhsulu qısa müddət ərzində əvvəlcədən təyin olunmuş region üzrə repostlar sayəsində asanlıqla tanıtmaq mümkün olacaq. 
Bu günə kimi, heç bir sosial şəbəkədə məşhur blogerlər və tanınmış simalar öz böyük auditoriyasına görə şəbəkədən qazanc əldə etməyiblər. Yalnız youtube kanalında video çarxların baxış sayına görə müəyyən ödənişlər olsada, yenə də “follow” edənlər hesaba alınmayıb. İlk dəfə məhz “Garnet” sosial şəbəkəsində məşhur bloger və influenserlər öz izləyicilərinin hər birisinə görə qarnet toplayacaqlar. Beləliklə, makro influencerlər Garnetdə auditoriyasını daha çox genişləndirmək həvəsi ilə çalışacaqlar.
Eyni zamanda, şəbəkəyə qoşulan hər bir istidadəçi özü də aktivlik nümayiş etdirib reyting toplaya bilər. Bunun üçün gündəlik maraqlı paylaşımlar etmək və like toplamaq gərəkdir.

Qeyd edək ki, “Garnet” hələ ki, yalnız iphone istifadəçilər üçün hazırlanıb. Digər mobil cihazlarda istifadəsi gələn ilə planlaşdırılır. Bu gün App Store daxil olaraq Garneti asanlıqla yükləmək mümkündür. Bir toxunuşla login edərək facebook-dakı profiliniz Garnetə sinxronizasiya olunacaq.  Reytinq ilk öncə fbdakı dostlarınızın sayına görə formalaşır, daha sonra Garnetdə olan like və followerlər də üzərinə cəmlənir. Nəzərə alın kı, Azərbaycanda olan məlumat və paylaşımları görmək üçün geolokasiyanı telefonunuzda açmağınız gərəkdir. Proqram bütün dünyada aktiv olduğundan istənilən ölkənin istifadəçiləri paylaşımları öz regionu üzrə yerləşdirir. Məlumat üçün bildirək ki, Garnet sosial şəbəkəsinin müəllifi azərbaycanlıdır.


Xəbər xətti