Çində dolların məzənnəsi 7 yuana yaxınlaşıb

10:57 - 8 Oktyabr 2018 - DÜNYA

Çin Mərkəzi Bankı bu gün ABŞ dollarının məzənnəsini 6,8957 yuana bərabər müəyyən edib.

Sonuncu dəfə CNY/USD nisbəti bu həddə ötən il mayın 11-də olub. Çinin pulu Amerika valyutası qarşısında 5 gündür ucuzlaşır.
Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar 6,9 yuana bərabərdir. Bu rəqəm bu il avqustun 15-də 6,93 olub. 

Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır. report

Xəbər xətti