Gəncədə ər arvadını bıçaqlayıb

17:47 - 7 Oktyabr 2018 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Yarıyeva Əfsanə Qəhrəman qızı qarın nahiyəsinin daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti