Zərdabda 19 yaşlı qız özünü Mil-Muğan-Şirvan su kollektoruna ataraq intihar edib

17:43 - 7 Oktyabr 2018 - HADİSƏ

Oktyabrın 7-də FHN-in “112” Zəng mərkəzindən,Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi-Məhərrəmli kəndi ərazisindən keçən hissəsində,suyun üzərində 1 nəfər qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, məlumat alındıqdan dərhal sonra xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib.
Həmin gün, saat 14:58-də, intihar məqsədi ilə özünü kanala atmış, Zərdab rayonu, Şah-hüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Xəbər xətti