Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb

15:19 - 6 Oktyabr 2018 - DÜNYA

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda aralarında 13 yaşlı yeniyetmənin də olduğu 3 fələstinli ölüb, 126- nəfər güllə yarası alıb.

Bu barədə Assotiated Press məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, ötən gün etiraz aksiyasına Fələstin muxtariyyatı sərhədinin müxtəlif yerlərində "Həmas" hərəkatının çağırışı ilə çıxan 20 min sakin hərbçilərə tərəf yanan təkər, daş və əldəqayırma partlayıcı atıblar. İsrail hərbçiləri isə buna qarşı gözyaşardıcı qaz və döyüş silahlarından istifadə ediblər.report

Xəbər xətti