Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb

16:30 - 5 Oktyabr 2018 - HADİSƏ

Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları oktyabrın 3-də şəhər ərazisində F.Məmmədovun “Ford” markalı avtomobilindən 350 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan qadın saxlayıblar.

Onun oktyabrın 4-də Şirvanlı kəndi ərazisində Ağdam rayon sakini X.Məmmədovun cibindən 300 manatını oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti