CAR-da qatarlar toqquşdu - 320 nəfər xəsarət aldı

11:50 - 5 Oktyabr 2018 - DÜNYA

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında iki qatar toqquşub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 320 nəfər xəsarət alıb.
Qeyd olunur ki, paytaxt Pretoriyaya hərəkət edən qatar stansiyada digər qatarla toqquşub.
Xəsarət alanlardan 32 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər xətti