ABŞ Hindistanı sanksiyalarla hədələyib

19:00 - 4 Oktyabr 2018 - DÜNYA

Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta bildirib.
Qeyd olunub ki, bu qadağa “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanununa əsasən tətbiq ediləcək. Bu, İran, Şimali Koreya və Rusiya ilə “əhəmiyyətli alış-veriş” edən istənilən ölkəyə tətbiq olunacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-də Hindistana ikigünlük rəsmi səfəri gözlənilir. “S-400”lə bağlı müqavilənin də həmin səfər çərçivəsində imzalanacağı ehtimal edilir. report

Xəbər xətti