Ana səhifə
20 Sentyabr 2018

Gözlərinə qarmaq keçirib «07»ləri sürüdü - FOTOLAR

Azərbaycanlı pəhlivandan inanılmaz rekord

 

 

Bir müddət əvvəl Gürcüstanda gözündə və hülqumunda 33 kq ağırlığında olan daş qaldıraraq dünya rekordu qıran qubalı pəhlivan Laçın Abdulhüseynov daha bir rekorda imza atıb. Lent.az-ın məlumatına görə, pəhlivan bu dəfə 2 ədəd "VAZ 2107" markalı avtomobili gözlərinə keçirdiyi qarmaqlar vasitəsi ilə 10 metr dartıb. Bu isə 2200 kq yük deməkdir. Bu nominasiya dünya rekordu isə 350 kq-dır. Rekordu təsdiqlətmək üçün o, tezliklə Almaniyaya yollanacaq. Pəhlivan orada ümumilikdə 9 nominasiyada rekord qırmaq fikrindədir. Dünya rekordu qıran pəhlivanın maddi cəhətdən problemləri var. Onun Almaniyaya getmək üçün dəstəyə ehtiyacı var. Yerli qurumlardan heç bir maddi dəstək görməyən idmançının ümidi imkanlı şəxslərədir.

Qeyd edək ki, Laçın məşhur pəhlivan Əli Abdulhüseynovun oğludur. Laçının məşqçisi və qardaşı Hüseyn Pəhləvanoğlu da hazırda dünya rekordu qırmaq niyyətindədir. O, boğaz boşluğunda 2 ədəd avtomobil dartmaqla yeni dünya rekordu müəyyənləşdirmək istəyir.

Tarix
11 Dekabr 2014 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin