Ağdamda yolu keçən piyadanı maşın vurub

15:07 - 4 Oktyabr 2018 - HADİSƏ

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, oktyabrın 3-də saat 19 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Kamil Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Araşdırma aparılır.

Xəbər xətti