23 yaşlı qız dərmandan zəhərləndi - Bakıya gətirildi

14:26 - 4 Oktyabr 2018 - HADİSƏ

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Qaraxanlı kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədzadə Xədicə Hikmət qızı yüksək dozalı dərman qəbul edərək zəhərlənib.

Xəstə təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.trend

Xəbər xətti