Gəncədə intihar: 60 yaşlı kişi özünü qatarın altına atıb

09:51 - 4 Oktyabr 2018 - HADİSƏ

Gəncədə intihar hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ötən gecə saat 3 radələrində 60 yaşlarında olan şəhər sakini Bağırov Abbas Novruz oğlu özünü Bakı-Tbilisi sərnişin qatarının altına ataraq intihar edib. Onun cibindən çıxan kağızda xəstəlikdən əziyyət çəkdiyi, bu xəstəlikdən bezdiyi səbəbindən yaşamaq istəmədiyi qeyd olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti