FHN Bərdəd baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

08:45 - 4 Oktyabr 2018 - HADİSƏ

Biri azyaşlı olmaqla 4 nəfər ölüb

Bərdə rayonu, Mehdili kəndində yük maşını ilə minik maşını toqquşub. FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, "Shacman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.​

Xəbər xətti