Ana səhifə
19 Sentyabr 2018

““Qarabağ” udsa, hamıya qonaqlıq verəcəm” - Millət vəkili

““Qarabağ” bu oyunda qalib gələcək və növbəti tura yüksələcək”.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında deputat Aqil Abbas deyib. Millət vəkili bildirib ki, bu oyunu izləyə bilməyəcək:

 

“Ümumiyyətlə Türkiyə yığmasının və “Qarabağ” klubunun oyunlarına baxa bilmirəm. Bu oyunları izləyəndə çox həyəcanlanıram. “Qarabağ”ın ötən il Hollandiyanın “Tvente” klubu ilə oyununa baxan zaman həyəcanda ürəyim getmişdi. Amma Azərbaycan yığmasının oyununa məmnuniyyətlə baxa bilirəm. Çünki bilirəm ki, uduzacaqlar və həyəcanlanmıram”.

 

Millət vəkili qeyd edib ki, “Qarabağ” bu oyunda qalib gəlsə hamıya qonaqlıq verəcək.

 

“Bu futboldur və hər bir nəticə ola bilər. Klubumuz qrupda 5 xal topladı. “Dnepr” və “Sent-Etien” klubu ilə səfər oyunlarında öz sözünü dedi. “Qarabağ” klubu Avropaya adını yazdırıb. Əminliklə deyirəm ki, bu oyunda qalib gələcəyik. “Qarabağ” “İnter”ə qalib gəlsə hamıya onaqlıq verəcəyəm”.

Tarix
11 Dekabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin