İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər

18:12 - 1 Oktyabr 2018 - KİVDF

Qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir

Hüquqi dövlət quruculuğunda həyata keçirilən islahatlardan biri məhkəmə-hüquq islahatları ilə bağlıdır. Bu, ilk növbədə məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirilməsini nəzərdə tuturdu.

İslahatlar çərçivəsində regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiya və iqtisad məhkəmələr yaradıldı, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadəyə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, texniki təchizatının yüksəldilməsi, habelə digər mühüm məsələlər öz həllini tapdı. Ölkədə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradıldı, 

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququ təmin edilir.

İslahatlar çərçivəsində Azərbaycan Respublikasının məhkəmə icraatı tarixində yeni mərhələnin başlanğıcını qoyan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qəbul edildi ki, bu da Azərbaycan Respublikası  Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə vasitəsi ilə təmin edilməsinin təcəssümüdür.
Qeyd edək ki,  Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etdi. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.
İnzibati Prosessual Məcəllənin 3-cü maddəsilə də inzibati-iqtisadi məhkəmələr və məhkəmə kollegiyaları tənzimlənir. Qanub hakimlərin müstəqilliyi prinsipini də tənzimləyir. Bildirilir ki. inzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. Qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir.
 Respublikanın inzibati-iqtisadi məhkəmələri və apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılmış inzibati mübahisələrə dair işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsinin nəticələri göstərir ki, məhkəmələr tərəfindən həmin kateqoriyadan olan mübahisələrə baxılarkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və bununla bağlı digər qanunvericilik aktlarının müddəalarının tətbiqində səhvlərə, prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilir. Bu cür səhvlərə və prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına, ilk növbədə mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsində yol verilir.

Unudulmamalıdır ki,  Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Ona görə də  “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması  Bu qanunun yolverilməzdir.  Bu qanunun 16-cı maddəsi hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılmasını tənzimləyir. Maddədə bildirilir ki,  birinci instansiya, appelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir.
Azərbaycan Respublikasi qanunvericiliyində nəzərdə tutulmuş  hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılır. 17-ci maddədə isə qeyd olunur ki, məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında , yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, appelyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdətutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər.

Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması isə qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulayıb. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.  (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.    

 

Xəbər xətti