"Qarabağ" - "Arsenal" oyununun hakimləri açıqlanıb

17:54 - 1 Oktyabr 2018 - İDMAN

 Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”ın İngiltərənin “Arsenal” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostanzo yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Daniele Doveri ilə Mixael Fabri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.

Qeyd edək ki, görüş saat 20:55-də başlayacaq.report

Xəbər xətti