Ana səhifə
22 Oktyabr 2018

"Zarina yox cavabı aldısa intihar belə edər, ..."

"Zarina yox cavabı aldısa intihar belə edər, ..."

Ucnoqta.az xəbər verir ki, gənc aktrisa Zarina Qurbanova Day.Az-a açıqlama verib: "Bu yaxınlarda yeni seriala çəkilirəm. Gündəlik efirə gedir. Bu qərarı çətində olsa verdim. Səbəbi isə aktyor heyəti və ssenarinin yaxşı olmasıdır. Serialda 22 yaşlı, sevgilisinə qovuşmaq istəyən, şikəst bir qızı canlandırıram. Maraqlı bir obrazıdır. Hələlik 6 bölümünün yayınlanmasına baxmayaraq tamaşaçı tərəfindən bəyənilib. Komediya janrına 2 dəfə ard-arda çəkildiyim üçün artıq dram filminə üz tutmuşam. Ona görə də "2 mal" filmində çəkilməzdim. Hal-hazırda çəkildiyim roldan çox razıyam. Çünki o obraz Zarinaya çox ziddir. Zarina yox cavabı aldısa intihar belə edər, amma, geriyə qayıtmaz. Yağmur isə (oynadığım obraz) çox inadkardır. Onun istəklərinin hamısının olmasını istəyir. Yüksək qonorarlı film təklifi gələrsə, serialı ata bilərəm. Çünki mən filmdən seriala gəlmişəm.

Vaynerlər olan işlərdə olmaq istəmərəm. Peşəkarlarla işləməyi daha çox sevirəm çünki. Azərbaycanda ən çox izlədiyim vaynerlər Əlixan, Panturaldır. Çünki onlar daha çox düşündürücü mövzulara əl dəyir. 15-16 yaşlı gənclərimiz rahatlıqla baxa bilər. Ama digərləridə var ki, "haha hihi" çəkirlər. Açığı onlarla elə də münasibətim yoxdur. Qız vaynerlərin bəziləri ilə aram yoxdu. 1-2 vayn çəkəndən sonra olurlar aktrisa. Xalq da onların timsalında biz-zəhmət çəkən aktrisaları da elə hesab edir. Bizim Leylini oynayan Asya Atakişiyeva, Səbinə Məmmədova kimi aktrisalarımız bütün günü teatrdadırlar. Onların zəhmətini isə dəyərləndirən çox az adam var. Əgər ssenarini bəyənsəm, o vaynerlərlə baş rola çəkilərəm. Bu məşq prosesindən də aslıdır. Aralarında dostum olanı da var".

Tarix
30 Sentyabr 2018 [21:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin