Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib

09:53 - 30 Sentyabr 2018 - HADİSƏ

Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Xəbər xətti