İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb

21:38 - 29 Sentyabr 2018 - DÜNYA

İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri bildirib. İdarənin rəhbəri qeyd edib ki, söhbət yalnız Palu şəhərində ölənlərdən gedir. Digər şəhərlərdə həlak olanların sayı hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Xəbər xətti