Ana səhifə
21 May 2018

Yeni araşdırmalar mobil telefonun orqanizmə zərərsiz olduğunu deyir

Mançester Universiteti alimlərinin qənaətinə görə, mobil telefonlar və elektrik xətlərinin yaratdığı maqnit sahələr insan sağlamlığı üçün zərərsizdir.

 

 

Ucnoqta.az bildirir ki, bundan əvvəl keçirilmiş tədqiqatlardan məlum olub ki, mobil qurğular və şəbəkə kabellərindən elektromaqnit şüalanma sonsuzluq və xərçəng xəstəliyinə səbəb ola bilər. Bəziləri hətta bunun uşaq leykemiyası ilə əlaqədar olmasını bildirib.

Ötən illərin araşdırmalarına əsaslanan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyi alçaqtezlikli maqnit sahələrini potensial kanserogen hesab edib. Öz növbəsində səhiyyə xidmətləri mobil telefondan uzun müddət danışmaqdan imtina etməyi tövsiyə edib. Uşaqlara isə həkimlər ümumiyyətlə mobil telefondan yalnız müstəsna hallarda istifadəni məsləhət görüblər.

Bu yaxınlaradək hesab olunub ki, maqnit sahələri insan orqanizmində əsas zülalları parçalayır. Lakin Mançester Universiteti alimləri bunu təkzib ediblər.  

Tədqiqatçılar zəif maqnit sahələrinin sağlamlıq vəziyyətinin formalaşmasında, əsəb sisteminin idarəetməsində və DNK-nın bərpasında mühüm rol oynayan flavoproteidlərə (Orqanizmdə oksidləşdirici-bərpaedici reaksiyaların bəzi fermentləri) necə təsir göstərməsini müşahidə ediblər. Çünki bu zülalların zədələnməsi sağlamlıqda problemlər yarada bilər. Nəticədə məlum olub ki, bu sahələrin təsiri flavoproteidlərin fəaliyyətinə tam təsirsizdir. 

Flavoproteidlər elektronları bir yerdən digər yerə aparır. Yolda radikal cütlüklər kimi tanınan qısaömürlü birləşmələr yaranır. Hesab olunur ki, onların iştirak etdiyi biokimyəvi reaksiyalar müəyyən şəraitdə elektromaqnit şüalanmaya qarşı çox həssasdır. Aparılan yeni tədqiqat göstərib ki, zəif elektromaqnit sahəsinin biokimyəvi effekti üçün insan biologiyasında düzgün şəraitə nadir hallarda rast gəlinir.

Qeyd etmək lazımdır ki, bu, mobil qurğuların təhlükəsiz olmasını sübut edən yeganə tədqiqat deyil. Belə ki, 2010-cu ildə Britaniya Səhiyyə Mühafizəsi Agentliyi mobil telefonlar və “Wi-Fi” çıxış nöqtələrinin insan üçün zərərli olması ilə bağlı əsaslı sübutlar aşkar edə bilməyib. Lakin qeyri-ionlaşdırıcı şüalanma üzrə müstəqil “AGNIR” qrupu mobil qurğu şüalarının effektinin uzunmüddətli araşdırılmasına təkid edir.  

Mançester Universitetinin tədqiqatı "Journal of the Royal Society Interface” jurnalında dərc edilib (mincom.gov.az).

Tarix
11 Dekabr 2014 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin