“Barselona” emblemini dəyişir - Foto

20:00 - 28 Sentyabr 2018 - İDMAN

İspaniyanın “Barselona” klubu embelmində bəzi dəyişikliklər etməyi planlaşdırır.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəhbərlik klub üzvlərinin razılığını ala bilsə, dəyişiklik 2019/20 mövsümündən həyata keçiriləcək.
Yeni dizaynda FCB-dən imtina olunacaq. Mavi və nar rəngli xətlərin də sayı 7-dən 5-ə qədər azaldılacaq. Emblemdəki top isə daha qabarıq göstəriləcək.
Yekun qərar oktyabrın 20-də veriləcək.

“Barselona”nın indiki emblemi 2002-ci ildə qəbul edilib.


Xəbər xətti