Ana səhifə
13 Dekabr 2018

Ağstafada yol qəzası olub: xəsarət alanlar var

Ağstafa rayonunun Qırılı kəndində yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində biri körpə olmaqla 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər bunlardır: Qazaxın Fərəhli kənd sakini, 1972-ci il təvəllüdlü Mustafayev Valeh Mustafa oğlu, 1975-ci il təvəllüdlü Musayeva Xəzəngül Şəmistan qızı, Köhnə Qışlaq kənd sakinləri 1959-ci il təvəllüdlü Orucova Bəsti Şəmistan qızı, 1981-ci il təvəllüdlü Qurbanova Könül Vahid qızı, Yuxarı Göycəli kənd sakini 1966-cı il təvəllüdlü Əliyeva Təranə Şəmistan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan Valeh Mustafayev və Könül Qurbanovanın vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan Könül hamilə olduğundan əməliyyata götürülüb.

Yaralılar içərisində körpə də olub və o, dərhal Qazax müalicə Diaqnostika Mərkəzinə aparılıb. 

Tarix
28 Sentyabr 2018 [13:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin