Türkiyədə dolların məzənnəsi qısa müddətə 6 lirədən aşağı düşüb

19:40 - 27 Sentyabr 2018 - DÜNYA

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi qısa müddətə 6 lirədən aşağı düşüb. 

Məlumata görə, TRY/USD nisbəti günə 6,12-lə başlayıb. Gün ərzində onun ən yüksək həddi 6,1368, ən aşağı həddi isə 5,994 olub. 

Xatırladaq ki, ABŞ-ıln Federal Ehtiyat Sisteminin (FED) ötən gün uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,75-2%-dən 2-2,25%-ə çatdırmasından sonra Türkiyədə dollar 6,06 lirədən 6,11 lirəyə qədər bahalaşmışdı. report

Xəbər xətti