Yevlaxda 82 yaşlı kişini avtomobil vurub

12:45 - 27 Sentyabr 2018 - HADİSƏ

Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Füzuli küçəsində qeydə alınıb. 

Belə ki, 1936-cı il təvəllüdlü Baloğlan Alişan oğlu Həşimovu yolu keçmək istəyərkən avtomobil urub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti