Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq ediləcək

21:01 - 26 Sentyabr 2018 - DÜNYA

ABŞ prezidenti İrana qarşı daha sərt sanksiya tətbiq edəcəklərini bildirib

 "İranın hər cür bədniyyətli fəaliyyətinə qarşı bundan sonra da sərt sanksiyalar tətbiq edəcəyik". “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasında nüvə silahlarının yayılmamasına dair keçirilən iclasda çıxışı zamanı bildirib.  

ABŞ prezidenti İranın nüvə proqramına qarşı bütün sanksiyaların noyabrın əvvəlindən tam gücü ilə qüvvəyə minəcəyini vurğulayıb: “Bundan sonra ABŞ əvvəlkindən daha sərt şəkildə əlavə sanksiyalar tətbiq edəcək. Bu sanksiyalara əməl etməyənlər çox ciddi problemlərlə üzləşəcək”.

Xəbər xətti