Qızılağac Milli Parkı yaradılacaq- Sərəncam

18:44 - 26 Sentyabr 2018 - Xəbər

Prezident İlham Əliyev Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər xətti