Azərbaycan avtomatik top istehsal edib -FOTO

10:08 - 26 Sentyabr 2018 - Xəbər

Müdafiə Sənayesi Nazirliyi avtomatik top odlu silahı istehsal edib.

Silah avtomatik tezlikdə 500-dən az olmayaraq, yavaş templə isə 300 mərmi atır. 30 millimetrlik avtomatik top "AT30" adlandırılıb.

Silahın çəkisi 115 kiloqram, təpmə qüvvəsi 40-50 kq/gücdür. Topun uzunluğu 3027 millimetrdir.

Silah ilk dəfə olaraq "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.


Xəbər xətti