Ana səhifə
19 Sentyabr 2018

Ramil Usubovun məhkəmə günü bəlli oldu

Daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətinə oktyabrın 15-də baxılacaq.  Bu barədə APA-ya Nəsimi Rayon Məhkəməsindən məlumat verilib.
 
Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Həmin iş üzrə keçirilən prosesdə isə linqvistik ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Tarix
10 Oktyabr 2014 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin