Ana səhifə
19 Sentyabr 2018

Professor Mehdi Kazımovın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib - FOTO

Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımovın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Yubiley mərasimi BDU-nun yeni istifadəyə verilmiş oxu zalında keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor çıxışında Mehdi Kazımovun farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdən biri olduğunu qeyd edib və onun 11 kitab, 130-a yaxın elmi məqalənin müəllifi olduğunu, dəfələrlə Rusiyada, Türkiyədə, İranda, Şimali Kiprdə, keçmiş SSRİ-nin bütün şərqşünaslıq mərkəzlərində keçirilmiş elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etdiyini bildirib. Sonra rektor professor M.Kazımovu fəxri fərmanla təltif edib. Tədbirdə həmçinin  Şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov, akademik Vasim Məmmədəliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin müdiri İbrahim İbrahimi, AMEA-nın dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə iştirak ediblər.

 

Emin

Tarix
29 Sentyabr 2014 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin