Ana səhifə
21 Oktyabr 2018

Saatlıda qayınanasını qətlə yetirərək qaçan kürəkən saxlanılıb

Saatlı rayonunda qətl törədərək hadisə yerindən qaçan şəxs tutulub.

Hadisə sentyabrın 21-i axşam saatlarında baş verib.

28 yaşlı rayon sakini Xəyal Həşimov ailə münaqişəsi zəminində 58 yaşlı qayınanası Alışova Hökumə Mirqədir qızını qətlə yetirib, 25 yaşlı həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını isə bıçaqla yaralayaraq hadisə yerindən qaçıb.

X.Həşimov Saatlı rayon Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Kürmahmudlu kəndi ərazisində, anasının yaşadığı evə gedərkən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.report

Tarix
25 Sentyabr 2018 [21:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin