Ana səhifə
17 Oktyabr 2018

AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.

Məqsəd AMEA nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir.
AMEA-dan Ucnoqta.az-a verilən məlumata görə, bundan əlavə əməkdaşlıq elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının reallaşdırılması, qarşılıqlı məsləhət və xidmətlərin təşkili, eləcə də birgə elmi-praktik görüşlərin keçirilməsinə xidmət edəcək.

Sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və “Turkish Aerospace” şirkətinin insan resursları üzrə vitse-prezidenti Mustafa Akkurt imzalayıblar.

Tarix
25 Sentyabr 2018 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin