Ana səhifə
21 Oktyabr 2018

Azərbaycan mütəxəssisləri yeni avtomat silah hazırlayıblar-Foto

Azərbaycan mütəxəssisləri yeni avtomat silah hazırlayıblar. 

Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin baş mühəndisinin müavini Emin Əhmədov deyib.

O bildirib ki, “AZ- 50” adlı avtomatın kalibri 7,62x39 mm, atış məsafəsi 1000 metrdir: “Yeni istehsalımız olan silahın çəkisi 3,6 kq-dır. Avtomat 6 teloskapik qundaqla təmin olunub. Dünyada ilk dəfə olaraq 50 tutumlu sandıqca tətbiq olunub. Bu da effektiv döyüş apara bilmək qabiliyyəti deməkdir. Avtomat eyni zamanda, lazer tuşlayıcı ilə təmin olunub”.

Nazirlik rəsmisi qeyd edib ki, avtomatın sınaq müddəti bitib və seriyalı istehsalına başlanılıb: “Yaxın gələcək üçün avtomatın başqa versiyaları da hazırlanacaq. Mütəxəssislərimiz sandıqcada 60 gülləsi olan avtomatın üzərində çalışırlar və qısa müddətdə həmin silah təqdim olunacaq”. 

Tarix
25 Sentyabr 2018 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin