"Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir"

16:29 - 25 Sentyabr 2018 - Xəbər

Azərsun Holdinq: "Sahib olduğumuz ən qiymətli və mühüm dəyər məhsullarımızın keyfiyyəti və istehlakçıların etibarıdır"

Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. Azərsun Holdinq İctimaiyyətlə Əlaqələr Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ictimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı şirkət məlumat yayıb. Məlumatda bildirilir ki, Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır:

"Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır. 

Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. 
Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur. 

Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir". 

 

Xəbər xətti