Vergilər həmişə dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olub

18:06 - 25 Sentyabr 2018 - KİVDF

Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanır

Vergilər həmişə dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olub və olmaqdadır. Vergilər- dövlətin öz funksiyalarını icra etməsindən ötrü zəruri olan, fiziki və hüquqi şəxslərdən dövlət və yerli özünüidarəetmə orqanları tərəfındən qanunvericiliyə uyğun olaraq məcburi qaydada tutulan, dövlət büdcəsinə və ya yerli büdcələrə köçürülən fərdi, əvəzsiz ödənişdir. Müasir vergi sistemi sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla beynəlxalq standartlara cavab verməlidir. Vergi sistemi büdcə gəlirlərinin vaxtında tam yığılmasını təmin etməli, gəlirlərin formalaşması və xalq təsərrüfatının ayrı-ayrı sahələrində istehsalın tənzimlənməsi üçün şərait yaratmalıdır. O Azərbaycanda da iqtisadiyyatın tənzimlənməsində, dövlət büdcəsinin gəlirlərlə təmin olunmasında aparıcı rol oynayır. Müasir vergi sistemi yalnız proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərini təmin edən vasitə kimi deyil, həm də iqtisadi inkişafı stimullaşdıran vasitə kimi də çıxış edir.

Ümumuyyərtlə vergilər ilk növbədə mühüm maliyyə-iqtisadi kateqoriyasır.  Bu sahənin vəaliyyəti Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Vergi qanunvericiliyi isə Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da vergi sisteminin qarşısına qoyulan tələblərdən biri tətbiq olunan vergilərin həm sayının, həm də dərəələrınin uzun müddət ərzində sabit qalmasıdır. Çünki sahibkarların yaxın illər üçün gəlir və xərclərini düzgün proqnozlaşdırılması bu amildən çox asılıdır.Yalnız bu halda onlar həm istehsal, həm də sosial infastrukrur üçün investisiya proqramını hazırlamaq imkanını əldə edirlər. Vergi sisteminin sabitliyi isə dövlət büdcəsinin gəlir və xərclərinin tarazlığını təmin edir ki, bu da ölkədə sərbəst sosial-iqtisadi siyasətin aparılmasına geniş imkanlar yaradır.

Qeyd edim ki, Azərbaycan Respublikasında vergi sistemi Vergi Məcəlləsinin 4-cü maddəsilə tənzimlənir. Ölkəmizdə dövlət vergiləri,. muxtar respublika vergiləri,. yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilib. Dövlət vergiləri dedikdə, bu Məcəllə ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər (fiziki şəxslərin gəlir vergisi,. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa), əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi,  yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi), muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər (Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan bu Məcəllənin 6.1-ci maddəsində sadalanan dövlət vergiləri aiddir), yerli vergilər, yəni bələdiyyə vergiləri, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər dedikdə (Bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi,. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi) nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.

Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Bundan başqa, Azərbaycan Respublikasında xüsusi vergi rejimi tətbiq edilə bilər. Yəni, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
Bu Məcəllə ilə nəzərdə tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.
Hazırkı dövrdə Azərbaycan Respublikasının vergi sistemi ölkənin təsərrüfat mexanizminin fəaliyyətini təmin edir, dövlətin təxirəsalınmaz ehtiyaclarını maliyyələşdirməyə imkan verir, büdcə kəsirinin artımının qarşısını alır. Cari ilin ilk altı ayında ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 320,9 milyon manat vəsait daxil olub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox deməkdir.

Qeyd olunub ki, birinci yarımillikdə dövlət büdcəsinə ödənilən vergilərin 242,1 milyon manatı və ya 75,4 faizi qeyri-dövlət sektoruna aiddir. Dövlət sektorunun payı isə 24,6 faiz (78,8 milyon manat) təşkil edib.
Vergi sistemi vergi ödəyicilərinə eyni tələb irəli sürür və vergilərin sayının və vergi dərəcələrinin müəyyən edilməsi, vergi güzəştlərinin və onların verilməsi mexanizminin nizama salınması vergilər ödənildikdən sonra qalan vəsaitlərdən istifadə olunmasına müdaxilə edilməməsi yolu ilə gəlirlərin formalaşmasının eyni başlanğıc şərtlərini yaradır, vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyaları arasında vergi yükünün ədalətlə bölüşdürülməsini təmin edir.  Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır, hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.
Dövlət vergilər vasitəsilə müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir. Vergi nəzarəti və onun formaları isə 32 –ci maddə ilə tənzimlənir. Bu maddədə bildirilir ki. vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Bu nəzarəti Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət isə bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 

Vergi Məcəlləsinin 32-ci maddəsində qeyd olunub ki, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

(davamı var)

Xəbər xətti