Qəbələdə 230 kq fındıq oğurlayan şəxslər tutulub

14:09 - 25 Sentyabr 2018 - HADİSƏ

Qəbələdə 230 kq fındıq oğurlayan şəxslər tutulub.

DİN-dən verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 22-nə keçən gecə Hacallı kənd sakini Rahil Abdulkərimovun evinin həyətindən 740 manat dəyərində 230 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən həmkəndliləri Elvin Kərimli və Mərhəmət Əhmədzadə saxlanılıblar.

Xəbər xətti