“AtaSığorta” 8 ay ərzində 6 milyo manata yaxın sığorta ödənişi edib

14:04 - 25 Sentyabr 2018 - Xəbər

 2018-ci ilin səkkiz  ayı üzrə sığorta yığımları 14 715 203 manat, sığorta ödənişləri isə 5 925 815 manat təşkil edir.

Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.
  Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.

Xəbər xətti