Azsığorta Bakıdakı güclü yağış nəticəsində zərər çəkmiş əmlaklar üzrə sığorta ödənişlərinə başlayıb

14:01 - 25 Sentyabr 2018 - Xəbər

Xəbər verdiyimiz kimi Bakı şəhərində baş vermiş güclü yağış nəticəsində bir çox əmlaklara - yaşayış evlərinə və kommersiya obyeklərinə ziyan dəyib.

Bununla bağlı bu günə Azsığorta-ya 40-a yaxın müraciət daxil olub. Bu müraciətlər, daşınar və daşınmaz əmlaklara dəyən zərərlərlə bağlıdır. İlkin hesablamalara görə, sığortalılara dəymiş ziyanın ümumi məbləği təqribən 350 - 400 min manat ətrafında dəyərləndirilir.
Hazırda, Azsığorta-nın əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hər bir hadisə üzrə dəymiş zərər məbləğini dəqiqləşdirirlər. Ödənişlər, müvafiq sənədlər hazırlanandan sonra, ən qısa zamanda həyata keçiriləcəkdir.
Qeyd edək ki, güclü yağış nəticəsində əmlaklarına dəyən ziyan ilə bağlı, bütün Azsığorta müştəriləri *6565, *7676, (012) 505 66 66 və (012) 565 66 66 nömrələr vasitəsilə şirkətə müraciət edə bilərlər.
Daşınmaz əmlakın icbari sığortası yanğın və ya digər hadisələr nəticəsində əmlakinızın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Azsığorta ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

 

Xəbər xətti