Ana səhifə
16 Fevral 2019

MN: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. Nazirlikdən verilən məlumata görə, bəyanatda deyilir: "Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur. Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Tarix
25 Sentyabr 2018 [10:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin